AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əzəli torpaqlarımıza qayıdış imkanlarının təbliği ilə bağlı Şabran rayonununda görüşlər keçirilib - FOTOLAR

  • + A
  • - A
  • 16-08-2024, 11:48

    Əzəli torpaqlarımıza qayıdış imkanlarının təbliği ilə bağlı Şabran rayonununda görüşlər keçirilib - FOTOLAR

    Əzəli torpaqlarımıza qayıdış imkanlarının təbliği ilə bağlı Şabran rayonunun Taxtalar kəndində görüşlər keçirilib.

    QHT.az xəbər verir ki, Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs ictimai birlyi “Şabran rayonunda məskunlaşmış Qərbi Azərbaycanlı soydaşlarımız arasında əzəli torpaqlarımıza qayıdış imkanlarının təbliği” layihəsinin icrasını Şabran rayonunun Taxtalar kəndində davam etdirib.

    Layihənin rəhbəri Gülsənəm Əmrahova saytımıza məlumat verərək bildirib ki, 13 avqust 2024-cü il tarixdə Taxtalar kəndində məskunlaşmış Məmmədov Əmir Mustafa oğlunun və Hüseynova Alimə Nəsir qızının ailələrində görüşlər keçirilmişdir. Görüş əsnasında Əmir Mustafayev Qərbi Azərbaycanda doğma yurdunda yaşadığı müddətdə xatirələrini bölüşübmüş və qayıdışa hər an hazır olduğunu bildirib.

    Alimə Hüseynovanın ailəsində görüşdə torpaq və yurd həsrəti ilə yaşadıqlarını daim hiss etdiklərini söyləyiblər. Görüşlərdə soydaşlarımızın ailələrinə layihənin ideya mövzusu əsasında hazırlanaraq nəşr etdirilmiş “Qərbi Azərbaycan əzəli və əbədi torpağımızdır” adlı kitabçalar paylanılıb. Görüşlərdə Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə müavini Rəşad Əmrahov iştirak edib.

    Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR