AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İmtiyazlı şəxslər onlara verilmiş mənzili sata bilmir - SƏBƏB

  • + A
  • - A
  • 22-08-2024, 13:05

    İmtiyazlı şəxslər onlara verilmiş mənzili sata bilmir - SƏBƏB

    Gündəlik Naxçıvan səhifəsinin məlumatına görə Naxçıvan Muxtar Respublikasında bir qrup qazi ailələrinin böyüməsi səbəbindən dövlətin onlara bağışladığı mənzili satıb daha genişini almaq istəyərkən onlara bildirilib ki, bu mənzillər satışa çıxarılmır. Qazilər bu cavabdan narazı qalıb, problemi sosial mediada ictimailəşdiriblər.

    Sözügedən mənzillər niyə satıla bilməz, qanunvericilikdə bu hal necə tənzimlənir? - sualı ilə imtiyazlı şəxslərə mənzil bağışlanmasına məsul qurum - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinə müraciət etdik.

    Nazirlikdən Azadmedia.az-ın sorğusuna cavab olaraq bildirdilər ki, imtiyazlı şəxslər onlara verilmiş mənzil üzərində Mülki və Mənzil Məcəllələrinə əsasən tam istifadə hüququna malik olurlar. Mənzillə təmin edilmiş şəxs və ailə üzvləri həmin mənzildə daimi qeydiyyata alına bilərlər.
    İmtiyazlı şəxslərin mənzillərini sata bilməməməsi sualına SXA-dan cavab olaraq bildirildi ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu Azərbaycan Respublikası Mənzil Məcəlləsi qanuni qüvvəyə mindiyi 1 oktyabr 2009-cu il tarixindən sonra vətəndaşlara həmin Məcəllənin III-IV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir.
    Buna görə də qanunvericiliyə əsasən, sözügedən evlərin özəlləşdirilməsi aparılmır və satıla bilməz.
    SXA rəsmisi Naxçıvanda qazilərin şikayəti ilə bağlı sorğumuza cavab olaraq bildirdi ki, Naxçıvanda verilən evlərlə bağlı biz məsul deyilik. Onu muxtar respublikanın müvafiq qurumu həyata keçirir.
    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR