AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Yaşam dəyərləri" yay düşərgəsinə start verilib - FOTOLAR

  • + A
  • - A
  • 22-08-2024, 14:16

    "Yaşam dəyərləri" yay düşərgəsinə start verilib - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Təmas” Regional İnkişaf İctimai Birliyi "Bölgələrdə gender əsaslı zorakılıq qurbanları ilə iş və ictimai maarifləndirmə" layihəsi çərçivəsində Göygöl Olimpiya İdman Kompleksində aztəminatlı ailələrdən olan yeniyetmələr üçün "Yaşam dəyərləri" yay düşərgəsi təşkil edilib.

    QHT.az xəbər verir ki, düşərgənin əsas məqsədi yeniyetmələrə sağlam yaşam dəyərlərini aşılayaraq, bulinqlə mübarizə yollarını öyrətmək və onların liderlik, empatiya, əxlaq, mərhəmət və tolerantlıq kimi önəmli mövzulara diqqət çəkməkdir.

    Layihə rəhbəri Kubra Ələkbərova bildirdi ki, düşərgədə təşkil edilən müxtəlif fəaliyyətlər, təlimlər, və qrup oyunları ilə zəngindir. Fəaliyyətlər zamanı yeniyetmələr həm nəzəri biliklər əldə edəcək, həm də bu bilikləri praktik olaraq tətbiq etmək imkanı qazanacaqlar. Düşərgənin əsas məqsədi gənc nəslin özlərini daha yaxşı tanıması, əxlaqi dəyərlərin və sağlam münasibətlərin əhəmiyyətini anlaması, həmçinin bulinqlə mübarizə yollarını öyrənməsidir.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR