AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Daha 4 müəssisədə məhkumlara ödənişsiz hüquqi yardım GÖSTƏRİLİB

  • + A
  • - A
  • 22-08-2024, 20:40

    Daha 4 müəssisədə məhkumlara ödənişsiz hüquqi yardım GÖSTƏRİLİB

    Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, məhkumlara pulsuz peşəkar hüquqi yardımın göstərilməsi prosesi davam etdirilir.

    Avqustun 22-də Penitensiar Xidmətin 1, 6, 15 saylı cəzaçəkmə müəssisələrində və Müalicə müəssisəsində saxlanılan ümumilikdə 100 nəfər məhkum yaradılmış bu imkandan istifadə edib.

    “Femida”, “Kredo”, “Universal”, “Union” və “Faiq Nağıyev və Partnyorları” Vəkil bürolarının vəkilləri tərəfindən onlara mülki və cinayət qanunvericiliyinin müddəaları izah olunub, hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.

    Xatırladaq ki, tədbirlər Planına uyğun olaraq, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında məhkum və həbs edilmiş şəxslərə pulsuz hüquqi yardım aksiyalarının keçirilməsi davam etdiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR