AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Nifrət nitqinə qarşı mübarizə” layihəsi uğurla başa çatdı - FOTOLAR

  • + A
  • - A
  • 26-08-2024, 13:39

    “Nifrət nitqinə qarşı mübarizə” layihəsi uğurla başa çatdı - FOTOLAR

    “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 2024-cü il üzrə kiçik qrant müsabiqəsi çərçivəsində nifrətlə mübarizə istiqamətində layihəsini başa çatdırıb.

    QHT.az xəbər verir ki, layihənin əsas məqsədi dünyada azərbaycanafobiya və islamofobiya hallarını nəzərə alaraq, nifrət nitqləri və nifrət cinayətləri ilə mübarizə olub. Carı ilin avqust ayının 23-də “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri Ramil İskəndərli Şərqi Avropa Vətəndaş Təhsili Şəbəkəsi təşkili ilə və “Yaşlıların təhslili” İctimai Birliyinin sədri Azər Ramazanovun da iştirak etdiyi “Nifrət nitqinə qarşı mübarizə” adlı onalyn hibrid tədbir vistəsilə eyniadlı işçi qrupuna qoşulub.

    Tədbirdə Nifrət nitqi müxtəlif aspektlərdən (hüquq, psixologiya, dilçilik, jurnalistika və s.) müzakirə edilib. Bundan başqa layihənin Fəaliyyət planına əsasən müxtəlif vaxtlarda BMT-nin İrqi ayrıseçkiliklə bağlı müqavilə qrurumuna alternativ hesabat, BMT İnsan Hüquqları Şurasına və ATƏT-in İnsan haqları ölçüsü Konfransı üçün Azərbaycana qarşı nifrət siyasəti, Qərbi Azərbaycana qayıdış hüququ və diskmkriminasiya ilə bağlı çıxış mətnləri hazırlanıb göndərilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR