"Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək" Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ”Ailələrdə sənətkarlığın təşviqi” layihəsi çərçivəsində təşkil olunan “Dərzilik” kursunun layihə iştirakçıları artıq 2-ci gündür ki, “Bakı Tikiş Evi”ndə iştirak ediblər.QHT.az xəbər verir ki, praktikada gənclər yeni texnologiyalarla, iş üsulları ilə tanış olub, peşə vərdişlərini öyrənirlər. Təcrübə zamanı gənclər komanda ilə işləmək bacarığı əldə edirlər, peşənin incəliklərini öyrənib və yeni ortmala yəni tekstil şirkətindən tanış olurlar. Layihənin sonunda kurslarda uğurla iştirak edən və təcrübə keçən gənclərin işlə təmin olunması nəzərdə tutulur.
Layihənin icrası sağlamlıq imkanları məhdud olan gənclərin cəmiyyətdə aktiv mövqe tutmasına, yaradıcılıq qabiliyyəti olan, ancaq maddi dəstəyə ehtiyac duyan aztəminatlı şəxslərin bacarıqlarının inkişaf etdirilməsinə və işsizlik məsələlərinin həll edilməsinə zəmin yaradacaqdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.