AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Təlimlər iştirakçılar tərəfindən yüksək qarşılandı - FOTOLAR

  • + A
  • - A
  • 27-08-2024, 11:24

    Təlimlər iştirakçılar tərəfindən yüksək qarşılandı - FOTOLAR

    23 avqust 2024-cü il tarixində “Xaçmaz Kənd Təsərrüfatın İnkişafına Dəstək” ictimai birliyi Xaçmaz İnzibati ərazi dairəsində “Dayanıqlı Təsərrüfat və Ətraf Mühitin mühafizəsi” mövzusunda təlim keçirmiş və təlim Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilib.

    QHT.az xəbər verir ki, “Xaçmaz Kənd Təsərrüfatının İnkişafına Dəstək” ictimai birliyinin sədri, layihə rəhbəri Famil Baxışov qeyd edib. Xaçmaz rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Buna baxmayaraq 20 il ərzində kənd təsərrüfatının bütün sahələrində məhsuldarlıq sürətlə azalmaqdadır. Bunun da əsas səbəbi iqlim dəyişkənliyidir.Səhiyyə sahəsində də xəstəliklər günü gündən artır, təmiz su ehtiyatları azalır. Cari ilin 12-22 noyabr ayı tarixlərində Bakı şəhərində COP29 keçiriləcək.Bir sözlə iqlim dəyişkənliyi bütün dünyanı narahat edir.

    Təlimçi Fayiq Şeydayev bildirdi ki, həyatda su, torpaq və hava insan həyatı üçün əsas rol oynayır lakin son vaxtlar iqlim dəyişkənliyi nəticəsində insanlarda xəstəliklər çoxalıb. Kənd təsərrüfatı məhsulları, məhsullarının inkişafı əvvəlki illərə nisbətən azalıb. Bağlarda xəstəlik və ziyanvericilərin artması müşahidə olunur.

    Ekspert Sədaqət Qənbərova bildirdi ki, 20-ci əsrin sonunda insan-təbiət münasibətlərinin tənzimləndiyi davamlı cəmiyyətə keçid haqqında bir çox təlim və konsepsiyalar yaradılmışdır. Hazırda dünya birliyi tərəfindən ən çox bəyənilən və tətbiq edilən inkişaf konsepsiyalarından biri dayanaqlı inkişafdır. Bu konsepsiyanın yaradılması və qəbul edilməsi BMT-nin təbiəti mühafizə fəaliyyəti ilə əlaqədar olub. Konsepsiyanın əsas məqsədi gələcək nəsillərin həyatının təhlükə altına qoymaqdan, indiki nəsillərin tələbatlarının social, iqtisadi və ekoloji cəhətdən normal ödənilməsindən ibarətdir. Dünya Samiti 2015-2030-cu illər üzrə 17 məqsəd irəli sürmüşdür və 193 ölkə davamlı inkişafla bağlı irəli sürülən məqsədləri həyata keçirmək üçün öhdəlik götürüb. Samitdə planetimizdə yoxsulluğun bütün formalarına son qoymaq, dünyada aclığa və qida çatışmazlığına son qoymaq, insan sağlamlığını təmin etmək və sair məsələ müzakirə edilib. Təlim iştirakçıları tərəfindən yüksək qarşılandı və belə tədbirlərin müntəzəm olaraq keçirilməsinə böyük ehtiyac olduğunu qeyd etdilər.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR