35 yaşlı şəhid övladı Məmmədov Şirxan Mahal oğlu böyrəyində yaranan xəstəlikdən əziyyət çəkir.
Onun xanımı Lamiə Məmmədova 1news.az-a bildirib ki, ötən il həyat yoldaşının sidik kanalında törəmə aşkar olunub.
“Aparılan müalicələrdən sonra bu dəfə də böyrəyində problemlər yaranmağa başladı. Bundan sonra səhhəti lap pisləşdi. Böyrəyinə su yığıldı, kanalları tutuldu. Bir neçə dəfə stent qoymaq üçün əməliyyat etsələr də, hamısı uğursuz oldu. Hazırda yanına apardığımız həkim yaxşıdır, amma imkanımız yoxdur. Həkim deyir, əməliyyatı gecikdirirsiniz. Pulumuz olsa, günü sabah etdirərik, amma imkan yoxdur. Hər ay iynə-dərmanına 400-500 manat gedir. Əvvəllər işimiz-gücümüz yerində idi, imkanımız var idi. Bu xəstəliyə görə hər şeyi satmışıq. Qayınanamın pensiyasına baxırıq. O pulla müalicəni etdirək, kommunalı ödəyək yoxsa uşaqların xərclərini qarşılayaq? Pul çatdırmaq mümkün deyil”.
Lamiə Məmmədova qeyd edib ki, həyat yoldaşının əməliyyatına 6 min manat pul lazımdır.
“Bizim üçün 6 min manatı toplamaq çox vacibdir. Günü-gündən gecikirik. Əməliyyatdan sonra da analizlərinə, dərmanlarına pul lazım olacaq. İki övladımız var. Uşaqlar həmişə deyirlər ki, ata, nə vaxt sağalacaq? Bizi parka aparsın. Övladlarım atalarıyla oyun oynaya bilmir. Yoldaşım cavandır, 35 yaş nədir ki? İnanın, dözmək çox çətindir. Köməyə ehtiyacımız var. Allah kömək edən hər kəsdən razı olsun! Etdikləri köməyin min əvəzini versin!”.
Qeyd edək ki, Şirxan Məmmədovun atası Mahal Məmmədov 1994-cü ildə Kəlbəcərdə şəhid olub.
Əlaqə: 099 331 00 39
Kapital Bank: 5239 1517 8888 1392
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.