AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanda 2027-ci ildə konstitusiya islahatları ilə bağlı referendumun keçirilməsi planlaşdırılır

  • + A
  • - A
  • 29-08-2024, 23:55

    Ermənistanda 2027-ci ildə konstitusiya islahatları ilə bağlı referendumun keçirilməsi planlaşdırılır


    Ermənistanda konstitusiya referendumunun 2027-ci ildə keçirilməsi planlaşdırılır. Söhbət indiki Konstitusiyada dəyişikliklərdən yox, yeni Konstitusiyanın qəbulundan gedir. Bu barədə Ermənistan hökumətinin iclasından sonra jurnalistlərlə keçirdiyi brifinqdə Ermənistanın ədliyyə naziri Qriqor Minasyan bildirib.

    Ermənistanın ədliyyə naziri Qriqor Minasyan jurnalistlərə müsahibəsində bildirib ki, 2027-ci ildə Ermənistanda ölkə Konstitusiyasının dəyişdirilməsi ilə bağlı referendumun keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, belə şərtlər konstitusiya islahatları komissiyasının işçi müzakirələri zamanı əvvəlcədən müəyyən edilib.

    — Kompleks sənəd üzərində hələ ətraflı iş görülməlidir, ictimai müzakirələr nəzərdə tutulub. Əvvəlcə mövcud Konstitusiyaya dəyişikliklərin edilməsi və ya ölkənin yeni əsas qanununun qəbul edilməsi ilə bağlı müzakirələr aparılıb. Biz müzakirə etdik və konsensusa gəldik ki, bizə konstitusiya dəyişikliyi yox, yeni Konstitusiya lazımdır, - nazir Minasyan vurğulayıb.

    2022-ci ilin yanvarında Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya İslahatları Şurasının tərkibini təsdiqləyib.

    Bundan əvvəl Ermənistanın ədliyyə naziri Qriqor Minasyan Şuranın ölkədə mövcud idarəetmə formasının saxlanılması ilə bağlı qərarını açıqlayıb.

    Ermənistanın baş naziri Nikol Paşinyan ictimai çıxışlarında ölkənin əsas qanununun dəyişdirilməsinin zəruriliyini dəfələrlə dilə gətirib.

    Azadmedia.az xatşrladır ki, fevralın 1-də Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Ermənistan Konstitusiyasına dəyişikliklər edilərsə, tərəflər sülhə nail ola bilərlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR