Ağsu rayonunda ağır yol qəzası baş verib.
Ağsu-Bico avtomobil yolunun Ərəbuşağı kəndidən keçən hissəsində “Vaz” markalı avtomobillə “Howo” markalı yük maşını toqquşub.
Nəticədə “Vaz”da olan 1965-ci il təvəllüdlü sərnişin M.Sadıqov vəfat edib, avtomobilin 33 yaşlı sürücüsü Bəhlul Sadıqov isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.