AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Biləcəri bələdiyyəsi yaşıllıq üçün ayrılan ərazini satıb - İDDİA

  • + A
  • - A
  • 30-08-2024, 15:09

    Biləcəri bələdiyyəsi yaşıllıq üçün ayrılan ərazini satıb - İDDİA

    Biləcəri qəsəbəsində satılması və icarəyə verilməsi qadağan olan, sırf yaşıllaşdırma üçün nəzərdə tutulan ərazini Kəlbəcər rayon sakini Elburus İsmayılova satıblar.
    Məlumatı bloger Səfər Cavadov paylaşıb və qeyd edib ki, həmin ərazini artıq söküntü bazar kimi istfadə olunur. "DAF, ŞAQMAN, MAN" kimi böyük maşınları gətirib sözügedən ərazidə sökürlər. Bir çox qonşular narazılıq edir, səs küydən evdə otura bilmədiklərini deyir.
    Blogerin bildirdiyinə görə bu barədə Biləcəri Bələdiyə sədrinin müavini Samira xanımla danışıb. Rəsmi mövqe bildirməsə də, Samira xanım o ərazinin qanunsuz zəbt olunmasını etiraf edib.
    Səfər Cavadov Binəqədi Rayon İcra Hakimiyyətini və Biləcəri Bələdiyyəsinin sədrini birləşərək Biləcəri ərazisində qanunsuz torpaq satışı ilə məşğul olmaqda ittiham edib. Bildirib ki, əlimdə fakt var, Elburus İsmaylov deyib ki, mən oranı hasarlamağa 6 min manat pul ödəmişəm. Hara ödəyib, açması əlaqədar orqanların boynuna...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR