29 avqust 2024 tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyi tərəfindən həyata keçirilən "Məişət zorakılığı əleyhinə təşəbbüslər" layihəsi çərçivəsində “Məişət zoralılığı ilə mübarizə” mövzusunda İctimai Müzakirə təşkil olundu.QHT.az xəbər verir ki, ictimai müzakirədə Vəkillər Kollegiyasının üzvü və Sumqayıt Regional Vəkil Bürosunun sədri Anar Qasımlı, Regional Vəkil Bürosunun vəkilləri, ictimai-fəal üzvlər, QHT sədrləri iştirak etdilər. İctimai Müzakirə zamanı layihənin icrasının gedişatı, regionda məişət zorakılığı barədə olan vəziyyət, onunla mübarizə mexanizmləri barədə müzakirə olunub. Vəkillər iş təcrübəsi zamanı rast gəldikləri məişət zorakılığı faktlarının nəticələri barədə ətraflı məlumat verdilər. Müzakirə zamanı iştirakçılar məişət zorakılığı ilə mübarizəyə dair təkliflər verdilər.
Müzakirə zamanı həmçinin bu sahədə olan qanunvericiliyin tətbiqi, qanunvericilikdə olan boşluqlar və yeni əlavə olunmuş müsbət dəyişikliklər müzakirə olundu. Müzakirə zamanı iştirakçıların hər biri aktiv iştirak edərək suallar və təkliflərini verdilər.Bu təkliflər ümumiləşdirilərək müvafiq dövlət orqanlarına təqdim olunacaq.
Tədbiri yekunlaşdıran layihə rəhbəri Zenfira Mustafayeva həmçinin qeyd etdi ki, qarşıdan gələn parlament seçkilərində namizdələr arasında qadın namizədlərin də sayı çoxdur. Təşkilat rəhbəri bu seçkilərdə qadınların iştirakının çox önəmli olduğunu bildirmiş və onları seçkilərdə aktiv iştirak etməyə çağırmışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.