AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Diplomatiyadan parlamentə...

  • + A
  • - A
  • 2-09-2024, 14:06

    Diplomatiyadan parlamentə...

    Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərinin son nəticələrini açıqlanıb.

    “Qafqazinfo”nun məlumatına görə, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin də lider namizədi məlum olub.

    Belə ki, bu dairədən 55.9 faiz səslə deputat seçilmiş namizəd Polad Bülbüloğludur. O, YAP-dan namizəd Leyla Babışovanı və Azad Vətən Partiyasının namizədi Akif Nağını qabaqlayıb.

    Xalq artisti Polad Bülbüoğlu bir neçə gün əvvəl Azərbaycanın Rusiyadakı səfiri kimi fəaliyyətini başa vurub.

    İlkin nəticələrə əsasən, daha bir neçə diplomat deputat seçilib.

    Namizədliyi 31 saylı Suraxanı ikinci seçki dairəsindən irəli sürülmüş Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi, ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədov 51.2 faiz səs toplayıb.

    Q.Məmmədov 1979-cu ildə anadan olub. 1999-cu ildən Azərbaycanın diplomatik xidmətində fəaliyyət göstərir.

    49 saylı Abşeron ikinci seçki dairəsindən Azərbaycan Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin müdiri Rizvan Nəbiyev lider olub. O, seçkidə 46.7 faiz səs qazanıb.

    R. Nəbiyev 1975-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində anadan olub. “2008 - Almaniyada Azərbaycan İli”nin Səfirlik üzrə Əlaqələndiricisi olub. Səmərəli fəaliyyəti ilə əlaqədar olaraq “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib və bir sıra digər təltiflərə layiq görülüb.

    47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairəsindən 45.5 faiz səslə millət vəkili seçilən şəxs isə Azərbaycanın Cənubi Afrika Respublikasındakı müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri Zaur Şükürovdur. O, Xarici İşlər Nazirliyinin mərkəzi aparatında müxtəlif vəzifələrdə – şöbə müdiri, idarə rəisinin müavini, idarə rəisi, nazirin köməkçisi kimi postlarda çalışıb.

    Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müşaviri Ramid Namazov 50 saylı Abşeron üçüncü seçki dairəsindən 59 faiz səs toplayaraq lider namizəd olub. Namazov Ramid Zakir oğlu 2016-cı ildə “Dövlət qulluğunda fərqlənməyə görə” və 2023-cü ildə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR