Azərbaycan Respublikası Şəhid ailələrinə "Qayğı" Cəmiyyəti tərəfindən hazırlanmış "Birinci Qarabağ müharibəsinin Qəhrəman Şəhidi və Zəfər Şəhidləri" filmi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərçivəsində çəkilib və Göyçay rayonunda başa çatıb.QHT.az xəbər verir ki, film Birinci Qarabağ Müharibəsinin qəhrəman şəhidi Vilayət Məmməd oğlu Rüstəmov və Zəfər şəhidi Abdulcəmil Xəqani oğlu Bilalovun xatirəsinə həsr edilmişdir.
Filmin layihə rəhbəri, Respublika Şəhid Ailələrinə "Qayğı" Cəmiyyətinin sədri Müşfiq Əliyev, şəhidlərin yaxınları, dostları, döyüş yoldaşları və ailələri geniş çıxışlar ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.