AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT İsmayıllı rayonunda iki günlük seminar təşkil edib - FOTOLAR

  • + A
  • - A
  • 7-09-2024, 23:27

    QHT İsmayıllı rayonunda iki günlük seminar təşkil edib - FOTOLAR


    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Gənc ailələrdə uşaqların zorakılıqdan müdafiəsi” adlı layihəsi çərçivəsində 04-05 sentyabr 2024-cü il tarixlərində İsmayıllı rayonunda iki günlük seminar təşkil edib. Seminarlar 56 nəfərin iştirakı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilib.

    QHT.az xəbər verir ki, seminarın ilk günündə layihə üzrə ekspert - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədr müavini Nailə İsmayılova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzin direktoru Lətifə Əliyeva, İsmayıllı rayon İcra hakimiyyətinin aparıcı məsləhətçisi - Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Bəhruz Xələfov, İsmayıllı Rayon Polis Şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki İşin Təşkili qrupunun baş inspektoru Rahim Orucov iştirak ediblər.

    Seminarı Lətifə Əliyeva giriş sözü ilə açaraq layihənin bir hissəsinin məhz İsmayıllıda keçirilməsi ilə bağlı layihə icraçılarına öz təşəkkürünü bildirdi. Daha sonra layihə rəhbəri Samirə Mustafayeva seminar iştirakçılarına layihə və onun məqsədi barəsində geniş məlumat verib. O, qeyd edərək bildirib ki, layihənin əsas məqsədi gündəlik həyatımızda uşaq zorakılığına qarşı mübarizə aparmaq üçün ictimai məlumatlandırma işinin aparılması, önləyici tədbirlərin həyata keçirilməsi və ölkəmizdə uşaq hüquqlarını müdafiə edən qanunların, konvensiyaların tətbiqi sahəsində qərar qəbul edən şəxslərə köməklik göstərməkdən ibarətdir.

    Müzakirələr iştirakçılarla diskussiya şəklində davam edib. Ekspert Nailə İsmayılova ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb və iştirakçılar tərəfindən verilən sualları cavablandırıb. Seminarın 2-ci günü 25 nəfərin iştirakı ilə keçirilən diskussiya xarakterli tədbir ictimai maarifləndirmənin gücləndirilməsinin faydalarından bəhs edib. İştirakçıların uşaqların zorakılıqdan müdafiəsi ilə bağlı çoxsaylı suallar ekspert və müvafiq dövlət qurumlarının əməkdaşları tərəfindən cavablandırılıb.

    Hər iki seminarın sonunda iştirakçılarla aparılan müzakirələr çay süfrəsi ətrafında səmimi şəraitdə davam edib.










    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR