Həbsdə olan jurnalist, "Azadinfo.az"saytının rəhbəri Mahir Ələkbərov (Mahir Xəttab) azadlığa buraxılıb.
Bu barədə TNS-ə Mahir Xəttab özü məlumat verib.
O, bu gün səhər saatlarında cəzası başa çatdığı üçün azadlığa çıxıb.
Qeyd edək ki, M.Ələkbərov hədə yolu ilə tələb etməkdə təqsirləndirilib. Məhkəmənin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib. Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.