10 yaşlı Aysu Cəfərova qarında kəskin ağrı, qusma kimi şikayətləri ilə valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzə gətirilib. Xəstənin anamnezində doğulduqdan sonra 15 günlüyündə bağırsaq keçməzliyi diaqnozu ilə əməliyyat keçirməsi məlum olub.
Aparılan bütün müayinələr nəticəsində xəstəyə bağırsaq keçməzliyi diaqnozu qoyulub və yenidən əməliyyat olunmasına qərar verilib.
KTM-in həkim-uşaq cərrahı Op. Dr. Nigar Babayeva tərəfindən aparılan, Uşaq Cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev və anestezioloq Fətəli Fətəliyevin iştirakı ilə xəstə üzərində laparotomiya stranqulyasion keçməzliyin ləğvi, bitişmələrin ayrılması əməliyyatı uğurla icra olunub.
Əməliyyatdan sonra azyaşlının stasionar müalicələri davam etdirilib, bütün anatomik və fizioloji göstəriciləri normaldır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.