AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiyalı nəşriyyat rəhbəri muzeyi ziyarət edib

  • + A
  • - A
  • 12-09-2024, 20:17

    Rusiyalı nəşriyyat rəhbəri muzeyi ziyarət edib

    12 sentyabr 2024-cü ildə “YUNESCO üzrə Rusiya Federasiyası Komitəsinin Xəbərləri” (Вестник Комиссии Российской Федерации по делам ЮНЕСКО – Comission of the Russian Federation) jurnalının baş redaktoru, Rusiya Federasiyasının Moskva şəhərindəki  “Oleq Paxmutov nəşriyyatı”nın rəhbəri Oleq Paxmutov Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etmişdir. Qonaq muzeyin zəngin ekspozisiyası barədə ətraflı məlumat almış, əməkdaşlarla tanış olaraq rəhbərlik etdiyi nəşriyyatın əsərlərini hədiyyə etmişdir. 
    Oleq Paxmutovun rəhbərlik etdiyi nəşriyyatda son illərdə tarixə yardımçı fənnlər (numizmatika, bonistika və d.) üzrə bir sıra əsərlər nəşr edilib. O cümlədən, 2022-ci ildə azərbaycanlı bonist tədqiqatçı Habil Yasin oğlu Zeyniyevin müəllifliyi ilə “Azərbaycanın kağız pul nişanlarının ensiklopediyası” (Энциклопедия бумажных денежных знаков Азербайджана. Москва: Изд. Олега Пахмутова, 2022, 532 с.) kitab-kataloqu da məhz bu nəşriyyatda işıq üzü görüb. Dolğun materiallarla zəngin olan kitab-kataloqa digər kolleksiyalarla yanaşı Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi Tarixi Fənn Materialları Fondunda qorunan Azərbaycanın kağız pulları (XIX – XX əsrlər) daxil edilmişdir. Əsərdə ilk dəfə olaraq bonistik materialların müxtəlif çeşidləri, xüsusiyyətləri, təsnifatı və dəyəri barədə geniş məlumat verilib. Kitab-kataloqdakı bir sıra faktlar unikallığı ilə diqqəti cəlb edir.  

    Əsərin müəllifi H.Zeyniyev əsərin ərsəyə gəlməsində materialların toplanması və təqdimatında göstərdiyi zəhmətə görə Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi Tarixi Fənn Materialları Fondunun müdiri, t.ü.f.d., dosent Sənubər Qasımovaya təşəkkürünü bildirmişdir.

    Aygün Məmmədova,
    AJB üzvü, tarix üzrə fəlsəfə doktoru         


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR