AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağ İqtisadi Regionunda təlimlər davam edir - FOTOLAR

  • + A
  • - A
  • 13-09-2024, 10:25

    Qarabağ İqtisadi Regionunda təlimlər davam edir - FOTOLAR

    Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən “Qarabağda qadınların və gənclərin sosial rifahına dair təşəbbüslər” layihəsi çərçivəsində təlimlər təşkil edir. Bu təlimlər, Qarabağa qayıdış konsepsiyasının gücləndirilməsi istiqamətində kiçik və orta sahibkarlığın inkişafını dəstəkləməyi hədəfləyir.

    QHT.az xəbər verir ki, layihənin əsas məqsədi, Qarabağ müharibəsi zamanı məcburi köçkün statusu daşımış gənclərə və qadınlara sahibkarlıq bacarıqlarını artırmaq və sahibkarlığa başlama prosesində onlara dəstək verməkdir. Hədəflərdən biri də Qarabağ iqtisadi regionunun inkişafına xidmət etməklə yanaşı, yerli icmanı gücləndirməkdir.

    Növbəti təlimlər Füzuli rayonunun Zobucuq-2 qəsəbəsində və Cəbrayıl rayonunun 7-ci qəsəbəsində məskunlaşan gənclər və qadınlar üçün keçirildi. Təlimlərdə iştirak səviyyəsi layihə üzrə nəzərdə tutulandan daha çox oldu, bu da belə təlimlərə böyük marağın göstəricisidir. Tədbir torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Daha sonra Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin rəhbəri İlqar Hüseynli giriş nitqi ilə çıxış etdi. Təlimin eksperti, iqtisad üzrə fəlsəfə doktoru İlham Hüseynli isə geniş təqdimatla davam etdi.

    Təlim iştirakçıları ABAD, KOBİA və Sahibkarlığa Kömək Milli Fondu kimi sahibkarlığı dəstəkləyən qurumlar haqqında məlumat əldə etdilər. Regionda kiçik və orta sahibkarlığın inkişafına imkan yaradan qanun və sərəncamlar haqqında geniş bilgi verildi.

    Təlimdə iştirak edən vətəndaşlar müxtəlif mövzularda suallar verdilər və suallar ekspertlər tərəfindən ətraflı şəkildə cavablandırıldı. Tədbirlər, 12 sentyabr 2024-cü ildə məcburi köçkünlərin məskunlaşdığı Cəbrayıl-7 qəsəbəsində maraq qruplarının və ekspertlərin iştirakı ilə fokus-qrup müzakirələri ilə davam etdirildi. Bu, layihə çərçivəsində keçirilən sonuncu fokus-qrup müzakirəsi idi.

    Qarabağa qayıdış konsepsiyası çərçivəsində sakinlərin məşğulluq imkanlarının artırılması, kiçik və orta sahibkarlığın, ictimai iaşə, xidmət, kənd turizmi və aqrar sektorun inkişafı üzrə təkliflər irəli sürüldü. Bu təkliflər Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin ekspertləri tərəfindən ümumiləşdirilərək hesabat sənədinə daxil ediləcək və müvafiq dövlət qurumlarına, həmçinin Milli Məclisin komitələrinə təqdim olunacaq.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR