Nədir bu,ölkənin xəstə vətəndaşının əsəbini bir az zorlayan xırda- xuruş idarəçilərindən çəkdiyi? Dövlətin verdiyi dərman üstündə oturub özünü Div kimi aparanlar niyə işdən kənarlaşdırılmır? Azadmedia.az xəbər verir ki, bu sözləri jurnalist Ramina Eyvazqızı yazaraq bildirib ki, Lənkəran xəstəxanasının aptek işcisi epilepsiyalı xəstəyə qənim kəsilib.
Xanım jurnalistin yazdığına görə Lənkərandan 18 yaşlı, ikinci qrup əlilliyi olan epilepsiya xəstəsinin valideyini üsyan edir.
Xanımın şikayətinə görə, övladına xəstəliyi ilə bağlı dövlət tərəfindən verilən pulsuz dərmanlar davamlı verilmir. Lənkəran xəstəxanasında qeydiyyatda olan xəstənin anası deyir ki, bəzi dərmanları olmayanda birtəhər özümüz alirıq , amma Epinexx ,vacib dərmani xəstəmə həmişə ala bilmirəm. " Aptekə məsul olan Məmmədağa övladımın bu dərmandan asılı olduğunu , gündə iki dəfə tutmalarının qarşısını ala biləcəyini bilir. Mənə normal açıqlama vermədən , başından edir, üzümə baxmadan telefonda oyun oynayır ,saya salmır. Gah deyir dərman yoxdur, gah deyir gələn ay verə bilərəm. Övladımın yanında bir neçə dəfə mübahisə etmişəm, onun halı pisləşib . Kömək edin!"
Məmmədağa adlı şəxs ağalıq iddiası ilə xəstələrlə məzələnir, kobud desək.
Hörmətli TƏBİB ,özünün insanlıqdan kənar davranışını nümayis etdirən belə işcilər niyə hələ də işində saxlanılır, belələrinin ara-sıra psixoloji dəstək alması lazımdır. Xəstələrlə həssas davranmaq belə zülmlü işdir? Dərmana bağlı xəstələrə dərmanlarla bağlı doğru məlumatın verilməsi mümkun deyilmi? Mövzuya qayıdacağıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.