AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT-nin "İlk tibbi yardım" layihəsi: 12 uğurlu təlim geridə qaldı / FOTOLAR

  • + A
  • - A
  • 16-09-2024, 09:43

    QHT-nin "İlk tibbi yardım" layihəsi: 12 uğurlu təlim geridə qaldı / FOTOLAR

    “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 avqust 2024-cü il tarixdən icrasına başladığı “İlk tibbi yardım” layihəsinin artıq 12 təlimini uğurla geridə qoyub.

    QHT.az xəbər verir ki, layihə çərçivəsində iştirakçılar bir çox vacib tibbi biliklər əldə ediblər ki, bu da əlilliyi olan uşaqların analarının tibbi bacarıqlarını inkişaf etdirməsinə və onların övladlarının sağlamlığına və təhlükəsizliyinə daha effektiv şəkildə dəstək göstərməsinə imkan yaradıb.

    Təlimlər zamanı iştirakçılara insan anatomiyası, endokrin vəzilər, aseptika və antiseptika, qan qrupları, inyeksiyalar kimi mövzular üzrə geniş biliklər verilib. Bununla yanaşı, layihə müddətində aparılan qiymətləndirmə göstərib ki, analar öyrəndikləri biliklər vasitəsilə ailə daxilində sağlamlığa yönəlik riskləri azaltmaq və uşaqlarının təhlükəsizliyini artırmaq sahəsində daha fəal və məlumatlı hərəkət edə biləcəklər.

    Layihə iştirakçılarının böyük marağı və fəallığı layihənin uğurlu icrasını təmin edib. Onlar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və layihəni həyata keçirən “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinə minnətdarlıqlarını bildiriblər. Bu təlimlər sayəsində analar fövqəladə vəziyyətlərdə övladlarına təcili yardım göstərmək üçün zəruri biliklərə sahib olacaqlar.

    Layihə çərçivəsində növbəti təlimlərin keçirilməsi planlaşdırılır və layihə, əlilliyi olan uşaqların analarının sağlamlıq biliklərini daha da möhkəmləndirməyə davam edəcək.





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR