AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məhkəmə prokurorluğun qərarını ləğv etdi - Biznesmenin ölüm işi yenidən araşdırılacaq

  • + A
  • - A
  • 17-09-2024, 10:44

    Məhkəmə prokurorluğun qərarını ləğv etdi - Biznesmenin ölüm işi yenidən araşdırılacaq

    Ötən ilin noyabrında “İstanbul NS” klinikasında vəfat edən iş adamı, uzun illər “Natavan” trikotaj fabrikinin rəhbəri olmuş Böyükağa Şükürovun ölümü yenidən araşdırılacaq.

    Azadmedia.az-ın əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsi rayon prokurorunun B.Şükürovun ölüm faktı ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarını ləğv edib.

    Məhkəmə toplanmış material üzrə araşdırmaların davam etdirilməsinə qərar verib.

    Qeyd edək ki, Böyükağa Şükürovun qardaşı Qabil Şükürov aylar öncə müraciətində onun ölümündə şübhəli məqamların olduğunu iddia etmişdi.
    Linkə daxil olun:
    https://azadmedia.az/cemiyyet/101137-bakda-biznesmenin-mummal-olumu-qarda-ikaytcidir.html
    Q.Şükürov və digər yaxınları toplanmış materialların Nərimanov Rayon Prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə verilməsi ilə bağlı dövlət rəhbərliyinə müraciət edib. Ailə xəstəxana ilə prokurorluq arasında hansısa maraqların olmasını düşünür. Məktubun mətnini təqdim edirik:

    Azərbaycan Respublikasının
    Prezidenti cənab İlham Əliyevə

    Surəti: Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevaya

    Surəti: Azərbaycan Respublikasının Baş prokuroru canab Kamran Əliyevə

    Şükürov Qabil Böyükkişi oğlu tərəfındən


    Hörmətli cənab Prezident və Vitse-prezident!
    Hörmətli cənab Baş prokuror!
    Qardaşımız Şükürov Böyükağa Böyükkişi oğlunun 2023-cü ilin noyabr ayında müəmmalı şəkilda vəfatı ilə bağlı məsələnin araşdırılması üçün Bakı Şəhər Narimanov Rayon Prokurorluğuna müraciat etmişik. Artıq onuncu aydır ki, araşdırma aparılıb Ekspertiza rəyi ila müayyan olunub ki, qardaşımıza vaxtında lazımi tibbi yardım göstarilməmiş və cerrahi müdaxilə edilməmişdir. Ona görə də onun səhhətində ağırlaşma va ölüm halı baş vermişdir.
    Bundan əlavə biz şübhələnirik ki, qardaşım ümumiyyətlə "İstanbul NS” klinikasına öldükdən sonra aparılmışdır. İşin bu halı ilə bağlı ciddi arqumentlərimiz var, lakin istintaq orqanı tərəfindan bu arqumentlərimiz araşdırılmır va cinayət işin başlanması rədd olunmuşdur. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin qərarı ila cinayet işinin başlanılmasının rədd olunması ila bağlı qarar lağv edildi. Bakı Şəhər Nərimanov Rayon Prokurorluğu tərəfından hamin işin araşdırılmasının gedişatından narazıyıq. Hesab edirik ki, prokurorluq bu işi tam obyektiv va hərtərəfli araşdırmır. Artıq dərəcədə xahiş edirik ki, bu müammalı ölüm hadisəsi araşdırılsın va araşdırma Nərimanov Rayon Prokurorluğundan alınıb başqa bir quruma həvalə olunsun.
    Bildirmək istəyiram ki, qardaşımın müəmmalı ölümü ilə bağlı çoxlu şübhəli maqamlar var. Bu məqamların hamısını hüquq mühafizə orqanlarına bildirmişik. Lakin bu məqamların heç biri araşdırılmır. ''istanbul NS” klinikasından qardaşımın xəstəxanaya gatirilmasi ila bağlı videogörüntülar vaxtında ört-basdır olundu. Əlda olan mövcud videogörüntülərin heç biri təhlil olunmur. Həmin videogörüntülərda olan şəxslər dindirilmir. Qardaşımın xəstəxanaya aparıldığı gün əslində o, evdə olub va bəzi qohumları onu ziyarətə gedib, onu görüb. Bütün bu faktları bildirdiyimizə baxmayaraq, hüquq mühafızə orqanları bu faktları araşdırmır. Xahiş edirik, bu İşi ciddi nəzarətə götürəsiniz. Ən əsası isə araşdırma Bakı Şəhər Nərimanov Rayon Prokurorluğundan alınıb başqa hüquq mühafiza orqanına verilsin.
    Cənab Prezident, Siz insan hüquqlarının müdafıəsinin təminatçısınız, buna göra sizə müraciət etmək məcburiyyətində qalmışıq. Xahiş edirik ki, bu işi ciddi nəzarətə götürəsiniz


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR