AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tərtərdə "Yaşıl düşüncə" və dayanıqlı inkişaf mövzularında təlimlər keçirildi - FOTOLAR

  • + A
  • - A
  • 17-09-2024, 11:52

    Tərtərdə "Yaşıl düşüncə" və dayanıqlı inkişaf mövzularında təlimlər keçirildi - FOTOLAR

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Sosial və Psixoloji Tədqiqatlar Mərkəzi" ictimai birliyinin həyata keçirdiyi "Yaşıl düşüncə"nin təbliği və inkişafı" adlı layihə çərçivəsində Tərtər şəhərində 14 sentyabr tarixində genişmiqyaslı təlimlər keçirilib.

    QHT.az xəbər verir ki, tədbir çərçivəsində "Yaşıl düşüncə", Dayanıqlı inkişaf və "Yaşıl həyat" mövzularında iştirakçılara məlumat verilib. Təlimlərdə gənc fəallar, müəllimlər, tələbələr, Tərtər rayon icra hakimiyyətinin əməkdaşları və könüllülər iştirak ediblər.

    Təlimin sonunda iştirakçılar "Yaşıl Tərtər" layihəsi haqqında öz fikirlərini hazırlayıb təqdim ediblər. Təlimlər AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, Vətən müharibəsi iştirakçısı, fəlsəfə doktoru və dosent Radif Mustafayev tərəfindən keçirilib.

    Bütün iştirakçılara təlimin sonunda sertifikatlar təqdim olunub.













    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR