“Son dövrlər təbliğ etdiyimiz sağlam qidalanma dedikdə Harvardın sağlam qidalanma boşqabı kimi tanınan qidalanma tərzidir. Gündəlik qidalanma üçün hazırladığınız boşqabın tam yarısının meyvə və tərəvəz olması vacibdir”.
Azadmedia.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”un “Sağlam səhər” verilişində qonaq olan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroentereoloq Emin Məmmədov açıqlayıb.
Onun sözlərinə görə, mövsümi tərəvəzlər və meyvələrə üstünlük vermək tövsiyə olunur, çünki keyfiyyəti və qida dəyəri daha yüksəkdir:
“Bitki mənşəli qidalardan əldə etdiyimiz maddələr orqanizmi yüksək təzyiq, şiş və iltihabı proseslərdən qoruya bilir. Dörddən bir hissə bütöv buğda və sərt buğda unundan hazırlanan qidalara üstünlük verilməsi məsləhət görülür. Əla növ buğda ununun insan orqanizminə şəkər, gluten yükü, piylənmə köp və şişkinliyinə səbəb olur. Artıq insanlar əla növ deyil, kəpəkli un və sərt buğda növlərindən istifadə etməyə üstünlük verməlidirirlər”.
Mütəxəssis-ekspert bildirib ki, digər dörddən bir hissə isə zəngin protein qida istifadəsidir. Burada toyuq, balıq, qırmızı ət və soya, lobya, noxud kimi paxlalı bitkilərdən alınan proteinlər çox vacibdir:
“İnsanların böyük əksəriyyəti gün boyu undan hazırlanan qidalar qəbul edir. Bu zaman unu vacib mikroelementlərlə zənginləşdirilərək, insanların sağlamlığı üçün daha faydalı ola bilər. Daha çox bitki mənşəli (zeytun, üzüm toxumu yağı) yağlardan istifadə edilməsi məsləhət görülür”.
Qastroentereoloq hazır qidalardan istifadənin tövsiyə edilmədiyini bildirib:
“Bu kimi qidaların çox qalması üçün qida əlavələrindən istifadə olunur. Evdə və evdən kənarda qidalananların əsas qidalanma rejimlərində ciddi fərq olur: birincilərdə mədə-bağırsaq xəstəlikləri dəfələrlə az rast gəlinir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.