AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

TƏBRİZDƏKİ BAŞ KONSULLUĞUMUZDA ANIM TƏDBİRİ KEÇİRİLİB

  • + A
  • - A
  • Bu gün, 15:26

    TƏBRİZDƏKİ BAŞ KONSULLUĞUMUZDA ANIM TƏDBİRİ KEÇİRİLİB


    Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunun inzibati binasında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan Respublikasının Xocalı şəhərində törədilmiş Soyqırım Qurbanlarının əziz xatirəsinə həsr olunmuş Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib Təbrizdəki Baş Konsulluqdan AzadMedia.az-a verilən məlumata görə, tədbir zamanı Xocalı şəhərində törədilmiş Soyqırıma həsr edilmiş film nümayiş etdirilmiş, foto şəkildən ibarət sərgi keçirilmiş və ehsan süfrəsi açılıb

    Tədbirdə Türkiyənin Təbrizdəki baş konsulu Çetin Taner və Türkiyə Baş Konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan Respublikası vətəndaşları və onların ailə üzvləri və Tərbriz şəhərində yerləşən Azad islam universitetinin azərbaycanlı tələbələri iştirak etmişdir.
    Tədbirin əvvəlində Xocalı şəhərində törədilmiş Soyqırım Qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.




    Tədbirdə çıxış edən Baş Konsul Əliyənnağı Hüseynov Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisi olduğunu, bundan əvvəl, Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirildiyini bildirmişdir. Yalnız bunu qeyd etmək kifayətdir ki, Xocalı soyqırımından bir neçə gün əvvəl – 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalıb. Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında strateji məntəqədə yerləşən, Dağlıq Qarabağın yeganə hava limanının yerləşdiyi Xocalı fevralın ikinci yarısından başlayaraq, Ermənistan hərbi birləşmələri tərəfindən tam mühasirəyə götürülüb. Dinc sakinlərin dəstə halında və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alınıb.





    Təkcə bizim xalqımıza qarşı deyil, həm də bütün insanlığa qarşı yönəlmiş bu müdhiş cinayət əməli nəticəsində 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri qoca olmaqla, ümumilikdə 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər şikəst edilmiş, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalmışdır. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir. Xocalı şəhərində törədilmiş cinayətin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir.

    Azərbaycan xalqının böyük oğlu, xalqımızın və dövlətimizin xilaskarı Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəlməsi Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin qarşısını almış, eyni zamanda Azərbaycan Respublikasının Milli Məclisi 1994-cü ildə Xocalı faciəsinə hüquqi-siyasi qiymət vermişdir. Prezident İlham Əliyevin siyasi hakimiyyəti dövründə Xocalı soyqırımının dünya birliyi tərəfindən Soyqırımı olaraq tanınmasına başlanılmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ortaya çıxan “Xocalıya ədalət!” Beynəlxalq məlumatlandırma kompaniyası çərçivəsində dünyanın bir sıra ölkələri soyqırımı tanımış və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə abidələr ucaldılmış, parklar salınıb

    Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası ilə bağlı görülən işlər ildən-ilə daha da genişlənir. Bu kampaniya çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları hakimiyyət orqanları ilə birgə səmərəli fəaliyyət göstərirlər.
    Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya parlamentləri, Böyük Britaniyanın tərkibindəki Şotlandiya parlamenti, eləcə də Amerika Birləşmiş Ştatlarının 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləmişlər.

    “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının əsl mahiyyəti bir daha yer üzündə belə insanlıq əleyhinə cinayətin olmamasıdır.

    Məlum olduğu kimi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun apardığı 44 günlük rəşadətli Vətən müharibəsi nəticəsində təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Təcavüzkar Ermənistan koputilyasiya aktı imzlayaraq Azərbaycana təslim olsa da müxtəlif bəhanələrlə işğalçı qüvvələrini Azərbaycan ərazisindən çıxarmır, fürsət tapan kimi hərbi təxribatlar törədidri. Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə keçirdiyi 23 saatlıq antiterror əməliyyatı ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olundu. Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il sentyabrın 19-da Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncamda vurğulanır ki, cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir.

    Azərbaycan Respublikasının dövlətçilik tarixində xüsusilə yadda qalan məqamlardan biri də Xocalının işğaldan azad olunması və şəhid şəhərə qayıdışın təmin edilməsidir. Ali Baş Komandan İlham Əliyevin nitqi 2024-cü il fevralın 26-da Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimindəki çıxışında demişdir: İlk dəfədir ki, Xocalı soyqırımı gününü biz Xocalıda günahsız Xocalı qurbanlarının xatirəsini anaraq qeyd edirik. Otuz iki ildən sonra biz doğma torpağımıza qayıtmışıq. Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün bu gün burada - 26 fevral günündə memorial kompleksin təməli qoyulacaq. Onu bildirməliyəm ki, bu layihə çoxdan hazır idi, yer də seçilmişdi, Bakı şəhərində Xocalı soyqırımı abidəsinin yanında yer seçilmişdir. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və burada günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün memorial kompleks yaradılacaq. Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir.

    Xocalı soyqırımı erməni faşizminin iç üzünü açan bəşəri cinayətdir. Bəşər övladı, o cümlədən ümmətimizin hər bir üzvü, eləcə də hər bir müsəlman əbədiyyətə qədər bu cinayəti törədən vəhşiləri qınayacaq və bu soyqırımı unutmayacaqdır.
    Allah şəhidlərimizə rəhmət eləsin.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR