AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirlik: Həmin avtomobil Rəşad Nəbiyevə məxsus deyil

  • + A
  • - A
  • Bu gün, 13:06

    Nazirlik: Həmin avtomobil Rəşad Nəbiyevə məxsus deyil

    Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün axşam saatlarında paytaxt Bakıda yağan qarlı havada avtomobil idarə edərkən çətin anlar yaşayıb.
    Nazir Rəşad Nəbiyev idarə etdiyi son model 90-AA-414 dövlət nömrə nişanlı “Mercedes-Benz G-Class 6.3” model avtomobili ilə Heydər Əliyev prospektində buzlu yollda hərəkət edərkən, qarşısında gedən “KİA” markalı digər avtomobil qəfil əyləcdən istifadə edərək, qəza şəraiti yaradıb. Buna baxmayaraq, Rəşad Nəbiyevin peşəkarlığı nəticəsində qəzadan yayınmaq mümkün olub.
    Qeyd edək ki, nazir Rəşad Nəbiyevin avtomobilini 10-DY-014 nömrəli “Toyota Land Cruiser 200” model avtomobil müşayiət edib.
    Azadmedia.az xəbər verir ki, məlumatı Demokrat.az saytı yaymışdı.
    Lakin xəbər təsdiqini tspmayıb.
    Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin bu gün axşam saatlarında paytaxt Bakıda yağan qarlı hava şəraitində avtomobil idarə edərkən çətin anlar yaşaması barədə yayılan məlumat həqiqəti əks etdirmir.

    Bu barədə Pravda.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
    Məlumatda qeyd olunan nəqliyyat vasitəsi nazir Rəşad Nəbiyevə və yaxınlarına məxsus deyil.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR