AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dövlət Məşğulluq Agentliyi Xankəndi tikiş fabriki üçün ixtisaslı kadrların hazırlanması və işlə təminatını davam etdirir

  • + A
  • - A
  • Bu gün, 17:16

    Dövlət Məşğulluq Agentliyi Xankəndi tikiş fabriki üçün ixtisaslı kadrların hazırlanması və işlə təminatını davam etdirir

    Agentlik tərəfindən peşə kurslarını bitirən artıq 300 nəfər fabrikdə işlə təmin edilib
    və müəssisədə çalışacaq daha bir qrup şəxs üçün peşə kursuna başlanacaq.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabriki ilə əməkdaşlıq çərçivəsində tikişçilik üzrə ixtisaslı kadrların hazırlanması və həmin fabrikdə işlə təminatını davam etdirir.

    Bu sahədə ilk mərhələ kimi, Agentlik tərəfindən tikiş avadanlıqlarının operatoru, tikişçi və yükdaşıma mütəxəssisi peşələri üzrə kurslar təşkil edilib. Əsasən işğaldan azad olunan ərazilərə köçürülmüş, həmçinin ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdən ibarət 400 şəxs həmin kurslara cəlb edilib.

    Nəzəri və praktik hissələrdən ibarət olmaqla iki növbəli təşkil olunan kursları bitirən 300 nəfərin fabrikdə məşğulluğu təmin olunub. Peşə təlimi davam edən digər şəxslərin də kursları bitirdikcə müəssisədə işlə təminatı həyata keçiriləcək.

    Bu prosesin davamı olaraq, Dövlət Məşğulluq Agentliyi qeyd olunan kateqoriyalara aid şəxslərdən daha bir qrupu üçün yaxın günlərdə tikişçilik sahəsi üzrə peşə hazırlığı kursu təşkil edəcək. Həmin kursu başa vuranlar da Xankəndi tikiş fabrikində çalışacaqlar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR