Gürcüstanın xarici işlər naziri (XİN) Maka Boçorişvili bu gün Türkiyəyə rəsmi səfərə gedəcək.
Bu barədə “İmedi” telekanalı məlumat yayıb.
Məlumata görə, Ankarada o, türkiyəli həmkarı Hakan Fidanla görüşəcək.
“Türkiyə ilə ikitərəfli strateji tərəfdaşlıqdan əlavə iki ölkə arasında müzakirə edəcəyimiz mühüm məsələlər var. Onlar regionumuzun gələcək inkişafında müsbət rol oynamalıdırlar”, - M.Boçorişvili bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.