Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər aşağı salınıb.
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Xankəndi şəhərində, Xocalı və Ağdərədə inzibati binaların qarşısında ucaldılan dövlət bayraqları yarıyadək endirilib.
Bu gün saat 17.00-da isə Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.