Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Solo Brain" fərdi intellektual turnir layihəsi çərçivəsində keçirilən bilik yarışında yarımfinal mərhələsinin oyunları keçirilib.
QHT.az xəbər verir ki, yarımfinalda 8 gənc iki yarımqrupda mübarizə aparıb. "Breyn Rinq" formatında reallaşan bu mərhələnin hər iki yarımqrupunda 25 sual səsləndirilib. Yekun nəticələrə əsasən, Qılınc Cəfərov, Şəymən Nəbiyeva, Elturan Göyüşov və Rəqsanə Mehdiyeva suallara ən çox düzgün cavab verərək final mərhələsinə vəsiqə qazanıb.
Sabah keçiriləcək finalda ilk üç yeri tutan gənclər müvafiq kubok, diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.