Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Solo Brain" fərdi intellektual turnir layihəsi çərçivəsində keçirilən bilik yarışında final mərhələsinin oyunu keçirilib.
QHT.az xəbər verir ki, finalda 4 gənc mübarizə aparıb. "Breyn Rinq" formatında reallaşan bu mərhələdə 25 sual səsləndirilib.
Yekun nəticələrə əsasən, ən çox suala düzgün cavab verən Rəqsanə Mehdiyeva layihənin qalibi adını qazanıb. Elturan Göyüşov II, Şəymən Nəbiyeva isə III yerin sahibi olub. İlk üç yeri tutan gənclər müvafiq kubok, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.