Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Təmas” Regional İnkişaf İctimai Birliyi "Bölgələrdə gender əsaslı zorakılıq qurbanları ilə iş və ictimai maarifləndirmə" layihəsi çərçivəsində Gəncə şəhərinin 3 orta təhsil müəssisəsində "Bullinq nədir və onun qarşısını necə ala bilərik" mövzusunda maarifləndirmə sessiyaları təşkil edilib.
QHT.az xəbər verir ki, keçirilən tədbirlərin əsas məqsədi məktəb icmalarında məlumatlılıq səviyyəsinin artırmaq, bulinqin formaları, onu doğuran səbəblər və müxtəlif mübarizə metodları haqqında müzakirələrin təşkilidir. Tədbirlərin təşkili və keçirilməsi Gəncə- Daşkəsən Regional Təhsil İdarəsi ilə birgə həyata keçirilir. Tədbirlərdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Psixoloyi işin təşkili üzrə metodisti Vusalə Balayeva iştirak edir.
Layihə rəhbəri Kubra Ələkbərova bildirdi ki, layihə çərçivəsində regionun 5 tam orta məktəbində maarifləndirmə tədbirlərinin təşkili nəzərdə tutulmuşdur. Hesab edirik ki, maarifləndirmə tədbirləri sağlam məktəb mühitinin formalaşmasına, bulinq qurbanlarının qorunmasını və empatiyanın artırılmasına şərait yaradır. Belə tədbirlər zorakılığın qarşısını almağa, şagirdlərin özünəinamını artırmağa və psixoloji fəsadlarıni azaltmağa kömək edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.