“Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyi “Yaşayış binalarında yaşıl düçüncə ilə enerji səmərəliyinin artırılması” layihəsini icra edir.QHT.az xəbər verir ki, “Ekoleks” Ekoloji Hüquq Mərkəzinin direktoru Sevil İsayeva məlumat verib. Onun sözlərinə görə, layihə çərçivəsində aparılan tədqiqatlar zamanı enerji səmərəliyinə həll olunamağın mühüm vasitələrindən biri problemin texnoloji həlli məsələləridir. Enerji səmərəliliyinə nail olmağın texnoloji həlləri yeni avadanlıq, idarəetmə üsulları, texniki həllər və sair bu kimi istrumentləri nəzərdə tutur.
Enerji səmərəliyinə nail olmaq üçün texnoloji həllərlə yanaşı, insanların davranışlarında da dəyişikliklər zəruridir. Yaşıl düşüncə prinsipləri əsasında hər bir fərd öz enerjidən istifadəsinə diqqət yetirməlidir. Məsələn, evdən çıxarkən bütün elektrik cihazlarını söndürmək, enerji sərf edən cihazlardan ağıllı istifadə etmək, təbii işıqdan maksimum dərəcədə faydalanmaq kimi sadə addımlar enerji səmərəliyinə böyük töhfə verə bilər.
Yaşayış binalarında yaşıl düşüncə ilə enerji səmərəliyinin artırılması, həm iqtisadi fayda təmin edir, həm də ətraf mühitin qorunmasına töhfə verir. Enerji səmərəliliyinin artırılması üçün həm texnoloji yeniliklərdən, həm də yaşıl düşüncə tərzindən istifadə vacibdir. Bu yanaşma ilə biz həm öz enerji sərfiyyatımızı azalda bilərik, həm də gələcək nəsillər üçün daha təmiz və sağlam bir mühit yarada bilərik. Azərbaycanda bu istiqamətdə maarifləndirmə və təşviqat işləri davam etdirilməli, dövlət və cəmiyyət birgə səylərlə yaşıl düşüncə və enerji səmərəliliyi sahəsində irəliləyişlər əldə etməlidir.
Layihə heyəti ictimai məlumatlandırma və vəkillik üzrə fəaliyyətini davam etdirir. Layihə Azərbaycan Republikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.