Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Nərmin Hətəmova Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecinə, Nigar Səfxanova isə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
Nərmin Hətəmova 2005-2009-cu illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “İngilis dili müəllimi” ixtisası üzrə bakalavr təhsili alıb. N.Hətəmova Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universitetinin birgə təşkil etdiyi ikili diplom proqramını müvəffəqiyyətlə başa vuraraq “Təhsil siyasəti və idarəetməsi” ixtisası üzrə magistr dərəcəsi alıb. O, 2013-2022-ci illərdə müxtəlif müəssisələrdə məktəbəqədər təhsil sahəsi üzrə çalışıb.
Nigar Səfxanova 2011-2015-ci illərdə Bakı Dövlət Universitetində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda “ADA” Universitetində “Təhsilin təşkili və idarəolunması” ixtisası üzrə magistr təhsili alır. N.Səfxanova 2018-2022-ci illərdə Göygöl rayonunun Üçbulaq kənd ümumi orta məktəbində müəllim vəzifəsində çalışıb, 2022-ci ildən isə həmin məktəbin direktoru vəzifəsini icra edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.