Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin IV kurs tələbəsi Rəşad Quluzadə Yunanıstanın Loutraki şəhərində keçirilən qol güləşi üzrə dünya çempionatında iki qızıl medal qazanıb. Belə ki, 78 kq çəki dərəcəsində mübarizə aparan Rəşad Quluzadə həm gənclər, həm də kişilər arasında keçirilən yarışlarda bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.
AzTU-nun rektoru Vilayət Vəliyev Rəşad Quluzadə ilə görüşüb. Rektor Rəşad Quluzadəni dünya çempionu olması münasibətilə təbrik edib, idman sahəsində hər zaman böyük uğurlar qazanmasını arzulayıb, həmçinin tələbənin dərsləri ilə maraqlanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.