Səudiyyə şahzadəsi Londondakı lüks oteldə ölü tapılıb

Səudiyyə şahzadəsi Londondakı lüks oteldə ölü tapılıb
Səudiyyə Ərəbistanı kral ailəsinin uzaq qohumlarından olan 29 yaşlı şahzadə Londondakı lüks hotellərdən birində ölü vəziyyətdə aşkarlanıb.
Britaniyanın The Telegraph qəzetinin məlumatına görə, hadisə ötən ilin noyabr ayında paytaxtın Kensington rayonunda yerləşən bahalı otellərdən birində baş verib. Şahzadənin meyitini otağın təmizliyi zamanı hotel əməkdaşı vanna otağında aşkar edib.
Araşdırmanın nəticələrinə əsasən, mərhumun qanında yüksək miqdarda alkoqol və narkotik maddələr müəyyən edilib. Məhkəmə-tibbi ekspertizası onun ciddi xroniki xəstəlikdən əziyyət çəkmədiyini göstərib.
İlkin istintaqın nəticələrinə görə, şahzadənin ölümünə ürəyin dayanması səbəb olub.
Qeyd edək ki, hadisə ilə bağlı araşdırma davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.