AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paytaxtın bu ərazilərində qaz OLMAYACAQ

  • + A
  • - A
  • Dünən, 20:45

    Paytaxtın bu ərazilərində qaz OLMAYACAQ


    Sabah saat 10:00-dan etibarən Səbail rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.

    AzadMedia.az bu barədə “Azəriqaz”a istinadən xəbər verir.

    Məlumata görə, qaz təchizatı rayonda yerləşən çoxmərtəbəli yaşayış binasına məxsus qaz xəttinin şəbəkəyə qoşulması və tıxaclanması, həmçinin Badamdar qəsəbəsi, 54-cü küçədə yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması və üzərinə sayğacların köçürülməsi səbəbi ilə dayandırılacaq. Bu müddətdə Səbail rayonu, 1-ci və 2-ci massivlərin, Badamdar şosesinin, G.Qarayev, Z.Yusifzadə, S.Qədimova, Q.Abbasov, A.Əliyev, Ə.Nəzmi, L.Babayev, A.Məmmədov, M.Hüseynov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR