AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

20 saylı Mediasiya Təşkilatı məhkəməyə üz tutmağa səbəb saxlamır

  • + A
  • - A
  • 31-10-2024, 13:51

    20 saylı Mediasiya Təşkilatı məhkəməyə üz tutmağa səbəb saxlamır

    Azərbaycanın hüquqi sistemində mediasiya institutu yenicə inkişaf etməyə başlasa da, bu təşkilatlar vətəndaşların hüquqlarını qorumağa və sülh yolu ilə mübahisələri həll etməyə töhfə verir.


    Azərbaycanda Mediasiya Şurası Nadir Adilovun rəhbərliyi altında qısa müddətdə əhəmiyyətli nəticələr əldə edərək mediasiya prosesinin effektivliyini və əhəmiyyətini nümayiş etdirib. Şura, mübahisələrin məhkəmədənkənar həlli vasitəsi ilə hüquqi prosesləri sürətləndirmək və məhkəmələrin iş yükünü azaltmaq üçün uğurlu addımlar atıb.
    Statistikaya baxanda, mediaya göz gəzdirəndə görürük ki, Şura həm vətəndaşlar, həm də iş adamları arasında qısa müddətdə yüksək etimad qazanıb. Bu nəticələr Azərbaycanda mediasiya mədəniyyətinin formalaşmasına, mübahisələrin daha konstruktiv və sülhpərvər yolla həll olunmasına təkan verir.
    Çox suallar gəlirdi, özüm üçün də maraqlı idi, mediasiya şurası nə işlə məşğuldur? Təkcə boşanmaq istəyənləri barışdırırmı?
    Cəmiyyətdə mediatora – mediasiyaya çox vaxt boşanma (və ya məhkəmə) prosesində sadəcə inzibati bir mərhələ kimi baxılır. Bu həqiqətən də belədir? Bu yanaşmanın dəyişməsi üçün nə etmək olar? Tərəflər arasında barışıq və anlaşma əldə etmək üçün mediator hansı addımları atmalıdır? Azərbaycan cəmiyyətində mediatorların rolunun gələcəkdə daha da artması üçün hansı tədbirlər həyata keçirilməlidir?
    Suallarıma Xətai rayonunda yerləşən 20 saylı mediasiya təşkilatına gedişimlə cavab tapdım.


    Təşkilatın sədri mediator-hüquqşünas Nicat İsmayılovla söhbət zamanı öyrəndim ki, mülki, əmək, kommersiya, ailə və sairlə bağlı istənilən anlaşılmazlıq məhkəmədən öncə peşəkar mediatorların sayəsində yoluna qoyula bilir. Həm dəfələrlə keçirilən məhkəməyə ehtiyac olmur, həm vaxt iktisindən azad olursan, həm də problem ətrafa yayılmır, məhkəmədən fərqli konfedensiaĺlıq qorunur.
    Nicat İsmayılov qeyd etdi ki, mediasiya təşkilatları Azərbaycanda mübahisələrin alternativ həlli yolu kimi mühüm rol oynayır. Bu təşkilatlar vətəndaşlara müxtəlif sahələrdə – ailə, biznes, əmək münasibətləri və s. kimi mübahisələrdə sülh yolu ilə, məhkəmələrdə zaman itirmədən, çox vəsait xərcləmədən, zamana qənaət etməklə həll yolları təklif edir: "Mediasiya vasitəsilə vətəndaşlar daha sürətli və münasib xərclərlə münaqişələrini həll edə bilirlər, bu da məhkəmə proseslərinə ehtiyacı azaldır və vaxt itkisinin qarşısını alır.
    Məhkəmədən fərqli olaraq burda konfedensiallıq qorunur, problem və nəticəsi 3-cü tərəfə bildirilmir.
    Qısası, mediasiya prosesi gizlilik və tərəflərin məxfiliyini qoruyur ki, bu da xüsusilə ailə məsələlərində mühüm əhəmiyyət kəsb edir. Mediasiya təşkilatlarının tərəfsiz vasitəçiləri münaqişə tərəflərinə daha məhsuldar ünsiyyət qurmaqda, öz maraqlarını qarşılıqlı şəkildə qorumaqda kömək edir, bu isə gələcəkdə münasibətlərin davam etdirilməsinə də şərait yaradır".

    İki mərtəbədən ibarət təşkilatda otaqlar geniş, işıqlı, hər kəsi fərdi dinləmək üçün şərait yaradılıb. Təşkilat rahat yerdədi, vətəndaşlar rahatlıqla gedib xidmətlərdən faydalana bilərlər.
    20 saylı mediasiya təşkilatı 1 ildir yaranıb. 1 yaşlarına böyük uğurlarla daxil olurlar, az vaxtda çox işlər görüblər. Əsas odur ki, konfliktlərdən barışığa nail olma faizləri yüksəkdir. Təsadüfi deyil ki, şüarları da "Barışığımız qələbəmizdir!" adlanır.
    Söhbət zamanı öyrəndim ki, maarifləndirmə kollektiv üçün prioritetdir. İmkan düşdükcə təlimlər təşkil edirlər. Xoş, gülərüz kollektivləri var. Bir sözlə, xətrinizə dəyən olsa, üz tutacağınız yer 20 saylı mediasiya təşkilatıdır.

    Əmin oldum ki, Mediasiya Şurası təşkilatları ilə birgə qısa vaxtda uğurluar əldə etməyi bacarıb, bu uğurlar Azərbaycanda mediasiya institutunun gələcəkdə daha geniş şəkildə tətbiq olunacağına və hüquqi sistemdə əhəmiyyətli rol oynayacağına işarədir.
    Fürsətdən istifadə edib, Xətai rayonunda yerləşən 20 saylı Mediasiya Təşkilatının kollektivini 1 yaşları münasibətilə təbrik edirəm.
    Mediasiya Şurası və təşkilatları, inşallah hamını barışdırarsız, məhkəmələr boş qalar!
    Elnurə Abuşova














    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR