AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda yağan qar öncədən görülmüş tədbirlər nəticəsində ciddi problem yaratmadı

  • + A
  • - A
  • Bu gün, 09:44

    Masallıda yağan qar öncədən görülmüş tədbirlər nəticəsində ciddi problem yaratmadı

    21 fevral 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin inzibati binasında Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədovun tapşırığına əsasən rayon Fövqəladə Hallar Komissiyasının ehtimal olunan qar yağması nəticəsində yarana biləcək fəsadlara qarşı qabaqlayıcı tədbirlərin görülməsi barədə iclas keçirilmişdir.
    İclasda 47 saylı Yol istismarı MMC, Mənzil Kommunal Təsərrüfatı İstehsalatı Birliyi, Mənzil istismar sahəsi, Masallı rayon Su Meliorasiya idarəsi və digər qurumların rəhbrələri iştirak etmişlər.
    Keçirilmiş yığıncağın nəticəsi olaraq bildiririk ki, 21-23 fevral 2025-ci il tarixlərdə bütün ölkə ərazisində olduğu kimi Masallı rayonu ərazisində də güclü qar yağmasına baxmayaraq öncədən görülmüş qabaqlayıcı tədbirlər nəticəsində ciddi problemlər qeydə alınmamışdır.
    Belə ki, rayon ərazisində yolların qardan təmizlənməsi, nəqliyyatın hərəkətində çətinliklər yaranmaması üçün 47 saylı Yol istismarı MMC, Mənzil Kommunal Təsərrüfatı istehsalatı birliyi, Mənzil istismar sahəsi tərəfindən təxirəsalınmaz işlər aparılmış və Masallı rayon Yol Patrul Xidməti tərəfindən gücləndirilmiş iş rejimində yollarda təhlükəzislik təmin edilmişdir.



    Rayonda mövcud vəziyyəti nəzərə alaraq rayon Elektrik şəbəkəsi tərəfindən elektrik enerjisi və Qaz istimar sahəsi tərəfindən qaz təchizatı ilə təminatda problemlər aradan qaldırılmış, Masallı rayon Su Meliorasiya idarəsi tərəfindən sututarlar nəzarətdə saxlanılmışdır.
    Rayonun bütün ərazilərində vəziyyət tam nəzarətə götürülmüş və vətəndaşları narahat edən məsələlər müvafiq qurumlar tərəfindən operativ şəkildə reaksiya verilərək həll istiqamətində işlər görülmüşdür.
    Hal-hazırda rayon ərazisində yollarda hərəkət tam təmin olunmuş, elektrik və qaz təchizatı fasiləsiz olaraq təmin edilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR