AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azad Şuşaya yenidən həyat qayıdır”

  • + A
  • - A
  • 7-11-2024, 20:30

    “Azad Şuşaya yenidən həyat qayıdır”


    Prof. İbrahim Cəfərov
    Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri,
    AMEA-nın müxbir üzvü


    Düşmənin başını əzən, birliyimizin rəmzi olan dəmir yumruq əməliyyatı ilə 8 Noyabr qələbəsi - Şuşa Şəhəri Günüdür..

    Təəssüf ki, 1992-ci ilin 8 mayından Ermənistan işğalçı qüvvələrinin zəbt etdiyi Şuşa şəhəri – Qarabağın baş tacı – 28 il 6 ay sonra, 2020-ci ilin 8 noyabrında işğaldan azad edildi.
    Rəşadətli Azərbaycan Ordusunun bu möhtəşəm zəfər xəbərini, Prezident, Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətində elan etdi..

    Bəli, Şuşa şəhərinin işğaldan azad olunmasından artıq 4 il ötür.. Hal-hazırda Şuşada həyat canlanmaqdadır və şəhər öz sakinlərinin yolunu həsrətlə gözləyir.. Cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-də Şuşa Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

    Fəxarət hissi ilə bildirim ki, Şuşa şəhəri uğrunda olan döyüşlər II Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biri idi.

    Tarixi Şuşa şəhəri 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub.

    Prezident İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur hissi ilə Şuşa şəhəri işğaldan azad olunduğunu bəyan edib.

    Bəli, mənfur erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Məhz, həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.
    Şuşa döyüşləri II Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb. Belə ki, noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər. Belə ki, döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub və noyabrın 8-də Şuşa şəhəri düşməndən azad olunub.

    Sözsüz ki, bu tarixi Qələbə yalnız Ali Baş Komandan rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı, bütün Azərbaycan xalqının Zəfəri idi. 44 gün davam edən müharibə boyunca xalqımız Ordumuzu, dövlətimizin başçısının uğurlu siyasətini fəal şəkildə dəstəklədi. II Qarabağ müharibəsində üç minə yaxın şəhid Vətən uğrunda canını qurban verdi. Belə qəhrəman xalqın Ordusunun bu Zəfəri qazanması labüd idi.

    Öncəliklə onu qeyd edim ki, Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Ancaq işğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini düşmən talan edib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurub. Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Şuşa şəhəri - Qarabağımızın tacı, bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Bugün burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, lakin Şuşanın tarixi siması saxlanılır.
    Nə xoş ki, bu gün azad Şuşamıza yenidən həyat qayıdır.. Biz 30 illik ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Elə bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Öz azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, nəyinki xalqımızın, hətda multikultural şəkildə möhtəşəm tədbirlərin şahidinə çevrilib. Xoşbəxtik ki, düşmən tapdağından azad edilmiş Şuşamızın yeni inkişaf dövrü başlayıb. Ötən dörd ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri igid oğullarımızın Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolunun salınmasıdır. Cənab Prezident İlham Əliyev, Şuşaya gedən, 101 kilometr uzunluğu olan bu yolu “Zəfər Yolu” adlandırdı..
     
    Bəli, II Qarabağ müharibəsinin hər bir günü şanlı bir tarix, misli görünməmiş qəhrəmanlıq dastanıdır. Məhz, 44 gün ərzində döyüşçülərimiz bir addım da geri çəkilmədən yalnız irəli doğru getdilər. Halbuki, düşmən ordusunda on mindən çox fərari olduğu halda, bizim bir əsgərimiz də belə döyüş meydanından yayınmadı, geri çəkilmədi, hətda igid oğullarımız könüllü yazıldılar..
     
    Bəli, ər meydanında, döyüş meydanında qazanılmış tarixi Qələbə - Doğma Şuşamız indi azaddır! Biz Şuşaya qayıtmışıq!

    Beləliklə, Tarixi Qələbəmizin əsas amillərindən biri də beynəlxalq səviyyədəki uğurlarımızdır. Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Biz sübut etdik ki, əsrlərboyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Onu da sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, həmçinin faktlarla. Artıq biz sübut etdik ki, Qarabağ tarixi və əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır, tapır da..


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR