AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qaribaşvili dindirilmə zamanı etiraf etdi

  • + A
  • - A
  • Bu gün, 20:00

    Qaribaşvili dindirilmə zamanı etiraf etdi

    Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antikorrupsiya Agentliyində keçmiş Baş nazir İrakli Qaribaşvili dindirilib.

    Azadmedia.az “Sputnik Georgia”ya istinadla xəbər verir ki, bu barədə DTX-də keçirilən brifinqdə Gürcüstan Antikorrupsiya Agentliyinin direktoru Emzar Dzaqnidze məlumat verib.

    Onun sözlərinə görə, İrakli Qaribaşvili istintaqla tam əməkdaşlıq edib və illər ərzində qanunsuz gəlir əldə etdiyini etiraf edib.

    Bundan əlavə, bildirilib ki, qarşıdakı günlərdə istintaq mövcud və əlavə əldə edilmiş sübutlar əsasında həm İrakli Qaribaşvilinin hərəkətlərinin hüquqi təsnifatı, həm də ona qarşı qətimkan tədbirinin seçilməsi məsələsinə baxacaq.

    Xatırladaq ki, ötən həftə Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili, Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili, keçmiş Baş prokuror Otar Partsxaladze və onlarla əlaqəli şəxslərin yaşadıqları ünvanlarda genişmiqyaslı axtarış tədbirləri həyata keçirilmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR