Tanınmış vəkil Ceyhun Yusifovun vəkillik fəaliyyəti dayandırılıb.
“Unikal”ın əldə etdiyi məlumata görə, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə C. Yusifovun fəaliyyəti 1 il müddətində dayandırılıb.
Buna səbəb kimi çoxsaylı vətəndaşlardan daxil olmuş şikayətlər, vətəndaşlardan xidmət haqları alaraq onlara xidmət göstərməməsi, eləcə də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilmiş məhkəmə proseslərinin birində hakim Samir Əliyevə qarşı hörmətsizlik etməsi, vəkillərin etik davranış qaydalarına zidd olaraq intizamsızlıq nümayiş etdirməsi olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.