Azərbaycanda ədalət qarşısına çıxarılan erməni terrorçiları, qatilləri, separadçıları erməniləri yasa boğub.
Milli Məclisin keçmiş deputatı, vəkil Aram Vardevanyan yazır:
470 gündən artıqdır ki, Artsaxımız, prezidentlərimiz Bako Saakyan, Arkadi Qukasyan və digər soydaşlarımız girovluqdadır, Bakıda əsirlikdədir.
Əminəm ki, eyni qeyri-insani vəziyyətə düşən Ruben Vardanyanın mesajından sonra hər birimiz təsvirolunmaz narahatlıq və ağrı hiss etdik.
Davam edən “məhkəmə” hüquq elmi deyil, minimum humanitar normaların və beynəlxalq səviyyədə tanınmış normaların istehzasıdır.
Avropa Şurasının heç bir “üzv” ölkəsində buna bənzər qeyri-insani dərəcədə başqa vəziyyət olmayıb, lakin Avropa Şurası susur.
Bu reallıqda olmağımız faciəvidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.