AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Reuters: ABŞ–Səudiyyə Ərəbistanı nüvə sazişi İsraildə narahatlıq yaradıb

  • + A
  • - A
  • Bu gün, 16:45

    Reuters: ABŞ–Səudiyyə Ərəbistanı nüvə sazişi İsraildə narahatlıq yaradıb

    Reuters: ABŞ–Səudiyyə Ərəbistanı nüvə sazişi İsraildə narahatlıq yaradıb

    ABŞ ilə Səudiyyə Ərəbistanı arasında krallığa Amerika texnologiyalarından istifadə etməklə nüvə reaktorları tikməyə və uranı zənginləşdirməyə imkan verən saziş İsraildə Yaxın Şərqdə nüvə silahlanması yarışının başlaya biləcəyi ilə bağlı narahatlıqları artırıb. Bu barədə iyulun 23-də Reuters agentliyi məlumat yayıb.

    İsrailin keçmiş baş naziri Naftali Bennett bildirib ki, İsrail nəzərə alınmadan Səudiyyə Ərəbistanı ilə bağlanan nüvə sazişi ölkənin təhlükəsizliyi üçün ciddi strateji risk yaradır.

    Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı ərazisində nüvə yanacağının zənginləşdirilməsi regionda nüvə silahlanması yarışına və təhlükəli nəzarət itkisinin yaranmasına səbəb ola bilər.

    İsrailin keçmiş müdafiə naziri Aviqdor Liberman isə hesab edir ki, Səudiyyə Ərəbistanının mülki nüvə proqramı gələcəkdə nüvə silahının yaradılması ilə nəticələnə və bütün Yaxın Şərqdə təhlükəli silahlanma yarışını sürətləndirə bilər.

    Liberman İsrail hökumətini ABŞ ilə bağlanan bu sazişə qarşı çıxmağa və ABŞ Konqresini razılaşmanın qarşısını almağa çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR