Gürcüstan malyariya kimi təhlükəli xəstəlikdən azad ölkə statusu alıb. ÜST və beynəlxalq təşkilatın Gürcüstandakı nümayəndəliyi Tbilisini nailiyyəti münasibətilə təbrik edib.
Gürcüstanda artıq malyariya yoxdur - ölkə Ümumdünya Səhiyyə Təşkilatından müvafiq status alıb, Gürcüstan Səhiyyə Nazirliyi bildirib.
ÜST-nin Avropa Bürosunun rəhbəri Hans Kluge Gürcüstanın səhiyyə nümayəndələrini malyariyadan azad ölkə statusu alması münasibətilə təbrik edib. O, hansı addımların Gürcüstana malyariyadan tamamilə xilas olmasına imkan verdiyini ətraflı təsvir edib.
Səhiyyə Nazirliyi bildirib ki, Gürcüstan malyariya zəncirinin ən azı son üç il ərzində bütün ölkə üzrə ötürülməsi zəncirinin tamamilə kəsildiyini sübuta yetirdikdə müvafiq sertifikat alacaq.
Nazirliyin rəhbəri Mixail Sarjveladze bəyan edib ki, ölkənin malyariyadan azad olması Gürcüstanın səhiyyə sisteminin davamlılığından xəbər verir. Nazir vurğulayıb ki, əldə olunan nailiyyət Gürcüstanın mühüm çağırışlarla üzləşməyə hazır olduğunu əyani şəkildə nümayiş etdirir.
ÜST-nin Gürcüstandakı nümayəndəliyinin rəhbəri Silvio Domentenin sözlərinə görə, Gürcüstan irimiqyaslı investisiyalar və bu xəstəliyin aşkarlanması, diaqnostikası və müalicəsi üçün görülən böyük işlər sayəsində malyariyadan xilas ola bilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.