Ötən 4 il ərzində Bayden administrasiyası dünyaya sülh əmin amanlıq yox, müharibə, gərginlik qarşıdurma bəxş etdi. Milyonlarla insan öz evindən didərgin düşdü. Közərən münaqişə ocaqları alovlandı. Siyasi platformalarda yaranan çat iqtisadi əlaqələrin parçalanaraq çökməsinə səbəb oldu.
Səbəbkar və günahkar Bayden administrasiyası isə baş verənlərdən narahat yox, rahat idi.
Prezident İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşündə bildirib ki, "Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürüklənib".
Dövlət başçısı 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.
Millət vəkili Elçin Mirzəbəyli
AzadMedia.az-a açıqlamasında bildirdi ki, Bayden ABŞ tarixinin ən uğursuz siyasətçisi kimi qalacaq:
“Çünki idarəetmə nöqsanlarla dolu idi. Xarici siyasətdə boşluqlar vardı. Söz və fikir azadlığı boğulmuşdu. Dünya müharibələrlə üz-üzə idi. Bayden administrasiyası dövründə münaqişələrin həllinə ayrılan 7 trilyon vəsait faktiki olaraq boşuna xərclənib”
Göründüyü kimi, siyasətinin ana xəttini qərəz təşkil edən ABŞ-nin keçmiş rəhbərliyi dünya ictimaiyyətində inamsızlıq, güvənsizlik etibarsızlıq formalaşdırıb.
Bir sözlə, ölkəsində söz fikir azadlığını boğmağı hədəfləyən Bayden admnisitrasiytası yeni dünya nizamı formalaşdıra bilmədi. Nəhəng ABŞ tarixində dırnaqarası silinməz iz qoyan sabiq dövlət başçısı ikili standartlara, ikili yanaşmalara sadiqliyi ilə xatırlanacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.