AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“ASAN xidmət" gəncləri robotexnika sahəsində bir araya gətirir

  • + A
  • - A
  • 27-01-2025, 15:27

    “ASAN xidmət" gəncləri robotexnika sahəsində bir araya gətirir


    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin, “Bilişim Vadisi”nin və “SAHA Robotics” şirkətinin birgə təşkilatçılığı ilə 2-ci "RoboCode" robotik kodlama düşərgəsinə start verilir.

    Əsas məqsəd avtonom sistemlərə, robototexnika və avtomatlaşdırma texnologiyalarına çıxışı asanlaşdırmaq, bu sahədə ixtisaslaşaraq karyera qurmaq istəyən gəncləri qısa müddətdə əhəmiyyətli vasitə olan “ROS” ekosisteminə aid bilik və bacarıqlarla təmin etməkdir. Eyni zamanda müvafiq istiqamətdə innovativ həlləri təşviq etməklə iştirakçılara bu sahələrdə layihələrini inkişaf etdirməyə kömək etmək prioritetdir.

    Bir ay müddətində davam edəcək düşərgədə iştirakçılar müasir robototexnika və avtomatlaşdırma texnologiyaları sahəsində geniş biliklər əldə edəcəklər. Həmçinin onlar yerli və xarici peşəkarlar tərəfindən təşkil olunacaq təlimlərdə təcrübi bilikləri mənimsəməklə karyera perspektivlərini genişləndirmək imkanı qazanacaqlar.

    Düşərgədə “C++”, “Python” proqramlaşdırma və “Linux” biliklərinə başlanğıc səviyyədə malik olan 18-30 yaşarası gənclərin iştirakı nəzərdə tutulub.

    İştirak etmək istəyənlər fevralın 13-dək müraciət edə bilərlər.

    Qeydiyyat üçün link: https://forms.gle/kqGE1EqduPdQ4fkS7


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR