AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Folklor İnstitutuna yeni direktor təyin olunub

  • + A
  • - A
  • 28-01-2025, 20:40

    Folklor İnstitutuna yeni direktor təyin olunub

    Filologiya elmləri doktoru Hikmət Quliyev AMEA-nın Folklor İnstitutuna direktor təyin olunub.

    AMEA-nın prezidenti akademik İsa Həbibbəyli yeni direktoru institutun kollektivinə təqdim edib.

    Tədbirdə Folklor İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru Afaq Ramazanova, şöbə müdirləri – filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, filologiya elmləri doktoru, professor Füzuli Bayat, filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər çıxış edərək AMEA rəhbərliyinin instituta yeni direktor təyinatı qərarını təqdirəlayiq hesab ediblər.

    Sonda çıxış edən Folklor İnstitutunun yeni direktoru filologiya elmləri doktoru Hikmət Quliyev göstərilən etimada görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib.

    Tədbirdə AMEA-nın akademik-katibi akademik Arif Həşimov da iştirak edib.

    Hikmət Valeh oğlu Quliyev 10 aprel 1985-ci ildə Zəngilan rayonunun Çöpədərə kəndində anadan olub. 2002-2006-cı illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin bakalavr, 2006-2008-ci illərdə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirib.

    2010-2013-cü illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində tyutor (akademik məsləhətçi) vəzifəsində işləmiş, 2013-cü ildən etibarən AMEA Rəyasət Heyətinin elmi katibi vəzifəsində çalışır. Eyni zamanda, AMEA Folklor İnstitutunun Folklor nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisidir.

    2015-ci ildə AMEA Folklor İnstitutunda “Azərbaycan folklorunda Müdrik Qoca arxetipi” mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2024-cü ildə “İnternet folkloru: nəzəri-metodoloji kontekst və folklorik məna yaradıcılığı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

    Filologiya elmləri doktoru Hikmət Quliyev 6 kitabın, respublikada və xaricdə nəşr olunmuş 60-a yaxın elmi məqalənin müəllifi və bir sıra beynəlxalq konfransların iştirakçısıdır. Onun İnternet folkloruna dair beynəlxalq bazalarda indeksləşən jurnallarda (Web of Science, Scopus və s.) məqalələri çap olunub.

    Ailəlidir, iki övladı var.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR