AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazirin cəzaçəkmə müəssisəsinin rəisini işdən çıxarma SƏBƏBİ MƏLUM OLDU

  • + A
  • - A
  • 26-03-2025, 21:58

    Nazirin cəzaçəkmə müəssisəsinin rəisini işdən çıxarma SƏBƏBİ MƏLUM OLDU

    13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovun vəzifəsindən azad edilməsinin səbəbi məlum olub.

    Azadmedia.az Musavat.com-a istinadən xəbər verir ki, Çingiz Yusifov həbsxanada dustağa yaradılan xüsusi şəraitə görə cəzalandırılıb.

    Belə ki, xidməti yoxlama zamanı dustaqlardan birindən planşet, qulaqlıq, smart saat, modem aparatı və bahalı viski aşkarlanıb.

    Həmin dustaq da məsuliyyətə cəlb edilib və əlavə 5 ay həbs cəzası alıb.

    Qeyd edək ki, bu hadisədən sonra Penitensiar Xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovu vəzifəsindən azad edib.

    Çingiz Yunisovun, ümumiyyətlə, ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR