AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BƏƏ neft ixracında Hörmüz boğazından asılılığı sıfırlamağı planlaşdırır

  • + A
  • - A
  • Dünən, 21:53

    BƏƏ neft ixracında Hörmüz boğazından asılılığı sıfırlamağı planlaşdırır

    BƏƏ neft ixracında Hörmüz boğazından asılılığı sıfırlamağı planlaşdırır

    Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) enerji daşıyıcılarının ixracında Hörmüz boğazından asılılığı tamamilə aradan qaldırmağı hədəfləyən yeni strategiyasını açıqlayıb.

    CNBC Arabia telekanalına müsahibəsində BƏƏ-nin dövlət ticarəti naziri Tani bin Əhməd Əl-Zeyudi bildirib ki, ölkə xüsusilə neft ixracında bu strateji marşrutdan asılılığı "sıfıra endirmək" məqsədi daşıyan planın icrasına başlayıb.

    Nazirin sözlərinə görə, hazırda alternativ ixrac marşrutunun tikintisi davam edir və layihənin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Bununla yanaşı, ölkə gələcəkdə neft hasilatının artan həcmlərinin ixracını təmin etmək üçün üçüncü ixrac dəhlizinin yaradılması imkanlarını da araşdırır.

    Əl-Zeyudi vurğulayıb ki, BƏƏ-nin nəqliyyat infrastrukturunun İraqın Bəsrə şəhəri vasitəsilə Türkiyə və Suriya ilə birləşdirilməsi strateji əhəmiyyət daşıyır. O əlavə edib ki, yaxın aylarda BƏƏ Türkiyə–Bəsrə nəqliyyat dəhlizinə yatırımları sürətləndirməyi planlaşdırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR